Nazirin görüşü təxirə salındı

Nazirin görüşü təxirə salındı
  11 Mart 2014    Oxunub:975
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin martın 14-də Sumqayıt şəhərində nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı martın 28-nə keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, saat 10:00-dan etibarən Tarix Muzeyində (ünvan: Sumqayıt şəhəri, H.Əliyev pr., 4-cü mikrorayon) təşkil olunacaq qəbulda Ş.Mustafayev Sumqayıt şəhərindən və Abşeron rayonundan olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, nazirliyin Abşeron regional bölməsi (ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqələndirici şəxs Ramal Əhmədov, əlaqə telefonu: (050/055) 235-01-81, (018) 654- 42 -23, faks: (018) 654- 42 -23, elektron poçt ünvanı: ([email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.


Teqlər:





Xəbər lenti