7 general ehtiyata göndərildi

  11 Mart 2014    Oxunub : 425
7 general ehtiyata göndərildi
Azərbaycan Müdafiə Nazirliyində çalışmış 7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib. Müdafiə naziri Zakir Həsənov bu barədə əmr imzalayıb.
Nazirin əmrinə əsasən, 2013-cü ilin oktyabr ayında vəzifəsindən azad olnmuş sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, Silahlı Qüvvələr Baş Qərargahının Təşkilat-Səfərbərlik İdarəsinin sabiq rəisi, general-leytenant Yaşar Aydəmirov, Müdafiə Nazirliyi Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev, Rabitə İdarəsinin rəisi, general-mayor Fazil Aşumov, Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, general-mayor Piri İsrafilov, Nazirliyin Hərbi Təhsil və Təlim İdarəsində çalışan general-mayor Elman Qənbərov (keçmiş xüsusi idarə rəisi) və tibb xidməti general-mayoru Dağlar Abdullayevdir (Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin sabiq rəisi).

Qeyd edək ki, adları çəkilən generaalların bəziləri bir qədər əvvəl tutduqları vəzifələrdən azad olunmalarına və ya məzuniyyətə göndərilmələrinə baxmayaraq adları Silahlı Qüvvələrin ştatında olub. (APA)

Teqlər: