Oqtay Şirəliyev vətəndaşları qəbul edəcək
AzVision.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Lənkəran vətəndaşları ilə yanaşı, Astara, Biləsuvar, Cəlilabad, Masallı, Cəbrayıl, Lerik və Yardımlı rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.
Qəbulda, habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına müraciət edə bilərlər.