Bakıda ağır qəza: sürücü öldü

Bakıda ağır qəza: sürücü öldü
  12 Mart 2014    Oxunub:877
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq yolayrıcı səddə çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Deformasiya uğramış avtomobildə aldığı bədən xəsarətləri nəticəsində sürücü 1962-ci il təvəllüdlü Cəfərov İlqar Rəhim oğlu hadisə yerində keçinib. Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildən cəsədi çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 00:18-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti