Rəşad Məcid: “Nakişilik edirlər...”

Rəşad Məcid: “Nakişilik edirlər...”
  12 Mart 2014    Oxunub:870
Millət vəkili Aqil Abbasın oğlu, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov tabeçiliyində olan işçini döyməsi haqda mətbuatda yer alan xəbərlərə deputatın jurnalist dostları da münasibət bildirib.

Belə ki,A.Abbasın oğlu ilə bağlı yerli mediada yer alan xəbərlər “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcidin qəzəbinə səbəb olub.

“Tuncay Abbas bu ölkənin ən qabiliyyətli gənclərindən biridir. Polis sisteminə də hörmət gətirəcək gənclərdəndir. Xırda bir insidenti belə şouya çevirən, mənəvi terror edən saytlar isə peşə prinsiplərinə əməl etdiklərini bayraq eləməsinlər. Onlar öz həmkarlarına qarşı nakişilik edirlər. İçlərindəki xəbisliyi, kini ortaya qoyurlar. Çox iyrənc mənzərədir!”-deyə R.Məcid etiraz edib.

Emin


Teqlər:  





Xəbər lenti