“Yanğının səbəbi məlum deyil” - Nazir müavini

“Yanğının səbəbi məlum deyil” - Nazir müavini
  12 Mart 2014    Oxunub:995
""Sahil" Ticarət Mərkəzinin yerləşdiyi binada baş verən yanğın 1500 kvadratmetri əhatə edib".
AzVision.az xəbər verir ki, bu sözləri hadisə yerində olan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, saat 9:48-də FHN-in "112" xidmətinə "Sahil" Ticarət Mərkəzində yanğın haqqında məlumat daxil olub: "Dərhal hadisə yerinə FHN-in texnikası cəlb olunub və bir saat yarım ərzində yanğın tam söndürülüb. Yanğının ilkin səbəbləri araşdırılır. Hələlik dəqiq səbəb məlum deyil".

FHN rəsmisi qeyd edib ki, texnikaların hadisə yerinə yaxınlaşmasına küçədə olan nəqliyyatın çoxluğu maneçilik törədib. Bu da yanğının söndürülməsini ləngidib.


Teqlər:





Xəbər lenti