Arif Rəhimzadə: “İnsanlar birlik yaratsınlar”

Arif Rəhimzadə: “İnsanlar birlik yaratsınlar”
  12 Mart 2014    Oxunub:931
“Əvvəlki illərlə müqayisə etsək, əlbəttə, bələdiyyələrin fəaliyyətində müsbət dönüş çoxdur. Xüsusilə, bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirildikdən sonra ciddi irəliləyişlər baş verir. Yəni, bu amil inkişaf üçün əhəmiyyətli dərəcədə müsbət təsir göstərdi”.
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə hakim partiyanın saytına verdiyi müsahibəsində bildirib.

Komitə sədri hesab edir ki, kiçik bələdiyyələrin nə maliyyə imkanı, nə də kadr potensialı var idi. Onların heç bir bazası yox idi, ona görə də, insanlara lazımi səviyyədə xidmət göstərə bilmirdilər. Birləşmə prosesindən sonra isə bu yöndə vəziyyət düzəlir.

A.Rəhimzadənin sözlərinə görə, MİS-lər ləğv olunduqdan sonra bu qurumun işlərini sakinlər görməlidirlər:

“Bələdiyyələrin əsas vəzifələrindən biri odur ki, bir sıra yerli sosial məsələlərin həllini öz üzərinə götürsün. MİS-lər ləğv olunduqdan sonra bu qurumun işlərini kim görəcək? İnsanlar, hər bir məhəllənin sakinləri gərək birliklər yaratsınlar və işlərə nəzarət etsinlər. Onlar abadlıq və digər məsələlərlə bağlı fəal olmalıdırlar. İndiyə kimi insanlar bəzi müraciətlərini MİS-lərə edirdilər. Hesab edirəm ki, bu məsələdə ictimai fəallıq artmalıdır. Birdən-birə bələdiyyələrdən bütün işləri tələb etmək düzgün deyil. Bələdiyyələrin işlərində nöqsanların bir hissəsi də ictimai fəallığın zəif olmasından irəli gəlir”.

AzVision.az


Teqlər:





Xəbər lenti