Əvvəlcə polisi, sonra özünü bıçaqladı

Əvvəlcə polisi, sonra özünü bıçaqladı
  12 Mart 2014    Oxunub:814
Zaqatala Rayon Polis Şöbəsinin sahə müvəkkili Anar Zeynalova bıçaqla çoxsaylı xəsarətlər yetirmiş Ceyhun Camalov tutularkən bıçaqla özünə də xəsarət yetirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 11-də saat 20 radələrində Zaqatala şəhərinin ərazisində naməlum şəxs münaqişə zəminində həmin ərazidə xidmət aparan Zaqatala RPŞ-nin sahə müvəkkili, polis kapitanı Anar Zeynalova bıçaqla çoxsaylı xəsarətlər yetirib.

A.Zeynalov Zaqatala rayon xəstəxanasına yerləşdirilib. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Ceyhun Camalov tutularkən bıçaqla özünə xəsarət yetirib.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti