Müəllimlərin işə qəbulunda yeniliklər olacaq

Müəllimlərin işə qəbulunda yeniliklər olacaq
  12 Mart 2014    Oxunub:1371
“Müəllim hazırlığı sisteminə tam yeni yanaşma gözlənilir. Yeni yanaşmaya görə müəllim hazırlığı kurikulumları tamamilə dəyişəcək”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

O, bildirib ki, hazırlanacaq yeni kurikulumlar yeni tələblərə uyğun formada tətbiq olunacaq, müəllim hazırlığı sistemində internatura modeli tətbiq olunacaq:

“Keçirilən təlimlərin əsas üstünlüyü odur ki, müəllimləri ixtisasartırma mərkəzlərinə paytaxta gətirmirik, onlar üçün yerlərdə təlimlər təşkil edirik. Gələcəkdə ixtisaslar üzrə mərkəzlər yaradılacaq. Təlimçi statusu qazanmış müəllimlər məhz həmin məktəblərdə digər müəllimlərlə təlimlər keçsinlər və onların faəlyyəti stimullaşdırılsın”.

F.Qədirov vurğulayıb ki, Təhsil Nazirliyi direktorların seçilib yerləşdirilməsi ilə bağlı yeni yanaşma əsasında yeni yanaşma tətbiq edib. Onun sözlərinə görə, artıq bəzi direktor qrupları həmin yanaşma ilə bağlı təlimlər keçirirlər. Son mərhələdə isə onlar müsabiqədən keçəcəklər.

O, qeyd edib ki, hazırda bu sistem yalnız Bakı şəhəri üzrə tətbiq olunur:

“ Yaxın gələcəkdə regionlarda da direktorların yeni sistemlə seçilib yerləşdirilməsinə başlanılacaq. Bu il müəllimlərin işə qəbulu prosesində Təhsil Nazirliyi tərəfindən edilən dəyişikliklərdın biri müsabiqəyə başlamamışdan əvvəl iyun ayında bütün vakansiyalar anacaq yerdəyişmə formasında elan olunacaq. Yəni, yerini dəyişmək istəyən müəllimlər elektron qaydada öz seçimlərini bizə göndərəcəklər”

F.Qədirov qeyd edib ki, bir yerə bir neçə müəllim müraciət edərsə onlar üzərində konkret meyarlar üzrə qiymətləndirmə aparılacaq. F.qədirov həmin meyarları da açıqlayıb:

“Əlbəttə bu meyarlar onların elektron ərizələrində göstəriləcək. Onlar həmin meyarlara uyğun elektron ərizələrini dolduracaqlar. Meyarlar əlbəttə müəllimlərin təhsil səviyyəsi, sertifikatları, yaşayış yerinə daha yaxınlığı və.s ibarətdir”.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti