Evlərlə bağlı yeni standart qəbul edildi

Evlərlə bağlı yeni standart qəbul edildi
  12 Mart 2014    Oxunub:991
“Uyğunluğun qiymətləndirilməsi. Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər” dövlət standartı təsdiq edilib
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, komitə tərəfindən AZS 759-2014 “Uyğunluğun qiymətləndirilməsi. Daşınmaz əmlak obyektlərinə ekoloji tələblər” dövlət standartı təsdiq edilib.

Standart daşınmaz obyektlərə dair prinsipləri, kateqoriyaları, qiymətləndirmə kriteriyalarını, indiqatorları, tövsiyyə edilən göstəriciləri və minimal ekoloji tələbləri təyin edir. Həmçinin, standart daşınmaz əmlak obyektlərinə, binalara və tikililərə, onların həyətyanı ərazilərinə qoyulan ekoloji tələbləri müəyyən edir və layihələndirilən, tikilən, yenidən qurulmuş və istismara verilmiş daşınmaz əmlak obyektlərinin bütün kateqoriyalarına şamil edilir.

Normativ sənəddə daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərin strukturu, ekoloji tələblərin baza kateqoriyaları və kriteriyaları, daşınmaz əmlak obyektlərinə dair ekoloji tələblərə riayət edilməsinin qiymətləndirilməsi metodları və digər informasiyalar mövcuddur.

Qeyd edək ki, yeni təsdiq edilmiş dövlət standartının tətbiqinə bu ilin 15 mart tarixindən etibarən başlanılacaq.


Teqlər:  



Xəbər lenti