Komitə sədri ATV-dəki intim görüntülərdən danışdı
Komitə sədri vurğulayıb ki, tamaşaçı həmin görüntünü televiziyaya təqdim etsə belə, o, efirə verilməməli idi:
“Ola bilər ki, həmin insan normal psixoloji vəziyyətdə deyil və belə müraciət edib, ona görə də gərək televiziya özü bu görüntünün yayılmasının qarşısını alsın. Normal ailələr var, heç onlar barədə söhbət açmırlar. Bu cür hallar barədə söhbətlərə daha geniş yer verilir və bu da cəmiyyətə, xüsusilə də gənclərə pis təsir göstərir. Milli Teleradio Şurası da dəfələrlə belə hallarla bağlı müraciətlər edib, bəzi televiziyaları cəzalandırıb” .
Qeyd edək ki, Ağcabədidə yaşayan Göyçay rayon sakini Pərviz Əliyev həyat yoldaşının başqa kişilə intim görüntülərini Ümid var” verilişində yayıb. Sözügedən veriliş böyük qalmaqala səbəb olub.
Fatimə Kərimli