Deputat Zaurun verilişinə görə Ağcabədiyə gedir
ATV-də yayımlanan “Ümid var” verilişində Ağcabədidən olan sakinin öz həyat yoldaşının intim videosonu efirə göndərməsi və yayımlanması ictimaiyyət arasında böyük səs küyə səbəb oldu.
Məsələ ilə bağlı Ağcabədidən olan deputat Aqil Abbas AzVision.az-a danışıb. Millət vəkli bildirib ki, yaranmış olayı araşdırmaq məqsədi ilə həmin rayona gedəcək.
“Bu işi edənlər mənəviyyatsız və tərbiyəsizdirlər. Araşdırsaq o adamın hansı yuvanın quşu olduğu bilinəcək. İkincisi, onu televiziyaya çıxartmağı heç doğru qarşılamadım. Televiziyaya çıxardılıb videosu yayılanların məhkəməyə müraciət etmək hüququ var. Sənin nə hüququn var ki, bunu yayasan? Bunu mənəviyyatsızlıq və tərbiyəsizlik adlandırıram. Mənim hörmət etdiyim bir kanalda elə bir şeyin yayılması o kanalın nüfuzuna da zərbədir. Bir-iki günə Ağcabədiyə gedəcəyəm və bu məsələni araşdıracağam. Görüm nə məsələdir və haradan götürülüb”-deyə deputat bildirib.
Şəhanə Rəhimli