Ermənilər ağdamlıları atəşə tutdu

Ermənilər ağdamlıları atəşə tutdu
  13 Mart 2014    Oxunub:870
Ermənilər Ağdamın cəbhə xəttinə yaxın kəndində dəfn mərasiminə gedən dinc sakinləri atəşə tutublar.

AzVision.az
Kanal S-ə istinadən xəbər verir ki, bu barədə təmas xəttində yerləşən Mirəşelli kəndinin sakinləri xəbər veriblər.
Sözügedən yaşayış məntəqəsinin də daxil olduğu Əhmədağalı bələdiyyəsinin sədri Habil Abbasov faktı təsdiqləyib. Onun sözlərinə görə, Mirəşelli kəndində ötən gün dünyasını dəyişən Quliyev Novruz Əli oğlunun dəfn mərasimi zamanı qəbiristanlığı tam müşahidə edə bilən düşmən hərbçiləri sakinlərə atəş açıblar. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Bir müddət daldalanmağa məcbur olan sakinlər mərhumu torpağa tapşıra biliblər.

Novruz ərəfəsində yaxınlarının və doğmalarının məzarını ziyarətə gedən kəndlilər bu gün qəbiristanlıqda insidentsiz ötüşə biliblər. Xatırladaq ki, hər ilin Novruz bayramında sözügedən məzarlığa ziyarətə gedənlər atəşə tutulur.
Rayonun işğal altında olan ərazilərindən 200-250 addım uzaqlıqda olan qəbiristanlığın ötən illərdə atəşə tutulması zamanı ziyarətə və dəfn mərasiminə gələnlər arasında güllə yarası alan və həyatını itirənlər olub.


Teqlər:  





Xəbər lenti