Azərbaycanlı deputat Jirinovskiyə `təlxək` dedi

Azərbaycanlı deputat Jirinovskiyə `təlxək` dedi
  13 Mart 2014    Oxunub:921
Rusiya Liberal-Demokrat partiyasının sədri Vladimir Jirinovskinin fikrincə Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa gəlməyəcəklər.
Rusiya Xəbər Xidmətinə müsahibəsi zamanı Vladimir Jirinovski Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni maraqlı təklif verib.

“Azərbaycan və Ermənistan heç zaman Qarabağla bağlı razılığa gəlməyəcəklər. Buna görə də ən yaxşısı onu Rusiyanın tərkibinə daxil etməkdir. Onda həm ermənilər inciməyəcək, həm də azərbaycanlılar bununla barışacaqlar. Çünki Qarabağ Ermənistanda qalmayacaq və Rusiyanın tərkibinə keçəcək”.

Millət vəkili Çingiz Qənizadə Jirinovskinin həmin təklifinə belə cavab verdi.

`Əvvəla Dağlıq Qarabağ məsələsinin həlli Jirinovskinin vətəndaşı olduğu ölkədən, Rusiyadan daha çox asılıdır. Elə məsələnin indiyə qədər həll edilməməsində də Rusiyanın marağı olmuşdur.

Qarabağın Rusiyaya birləşdirilməsi kimi Jirinovskinin sərsəm təklifinə gəlincə isə qeyd etmək istəyirəm ki, bütün zamanlarda kralların, şahların, ümumiyyətlə birinci şəxslərin ətrafında təlxəklər olmuşdur. Ona görə də bu cür təlxəklərin sərsəm fikirlərinə ciddi yanaşmağa dəyməz`.

AzVision.az


Teqlər:  





Xəbər lenti