Prezident keçmiş Baş naziri qəbul edib- FOTO

Prezident keçmiş Baş naziri qəbul edib- FOTO
  13 Mart 2014    Oxunub:945
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Fransa Respublikasının keçmiş Baş naziri Dominik de Villpeni qəbul edib.

AzVision.az xəbər verir ki, keçmiş Baş nazir Dominik de Villpen ölkəmizin əldə etdiyi yüksək iqtisadi inkişaf tempinə görə Prezident İlham Əliyevi təbrik etdi.

Azərbaycandakı iqtisadi artıma toxunan fransalı qonaq bu cür əhəmiyyətli nəticələrin Avropada da olmasını arzu etdiklərini vurğuladı. O, Şərq ilə Qərb arasında körpü rolunu oynayan, dünyəvi dəyərləri cəmiyyət üçün prioritet hesab edən Azərbaycanın regiondakı rolunu xüsusi qeyd etdi. Dominik de Villpen ölkəsinin Azərbaycan ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı ilə yanaşı, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə də böyük önəm verildiyini bildirdi. Fransanın Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlardan biri olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu dedi. İqtisadi sahədə əlaqələrin inkişafına toxunan Prezident İlham Əliyev əməkdaşlığımızın bu istiqamətdə daha da genişləndirilməsi üçün də qarşılıqlı marağın olduğunu bildirdi.




Teqlər:  





Xəbər lenti