Aİ təsdiq etdi: viza rejimi sadələşdirilir

Aİ təsdiq etdi: viza rejimi sadələşdirilir
  14 Mart 2014    Oxunub:1788
Avropa parlamenti Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişi təsdiq edib.

Martın 12-də Avropa parlamentinin plenar sessiyasında deputatlar Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin və readmissiyanın sadələşdirilməsi haqqında sazişi bəyəniblər.

Avropa parlamenti tərəfindən qəbul olunan sənəddə deyilir ki, qəbul edilən “qərar vətəndaşların mobilliyi sahəsində Aİ ilə Azərbaycan arasında əməkdaşlıq məsələsində irəliyə doğru atılan addım olacaqdır”. Xəbər verilir ki, yeni qaydalar qüvvəyə mindikdən sonra vizanın verilməsi haqqında qərar 10 gün ərzində, təcili hallarda isə iki gün və daha qısa müddət ərzində qəbul olunacaq.

Azərbaycan vətəndaşları üçün viza rüsumu 35 avro olacaq, bəzi qrup şəxslər, məsələn, yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, tələbələr, müəllimlər, biznesmenlər, alimlər, jurnalistlər üçün lazımi sənədlərin siyahısı isə xeyli azalacaq.



Teqlər:  





Xəbər lenti