Cəbhədə atışma: düşmən susduruldu

Cəbhədə atışma: düşmən susduruldu
  14 Mart 2014    Oxunub:887
Cəbhədə növbəti dəfə atəşkəs pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Goranboy rayonunun Tapqaraqoyunlu və Tərtər rayonunun Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti