YAP rəsmisi Əkrəm Əylislini topa tutdu
“Ədəbiyyat üzrə namizədlərin siyahısına baxsanız, Ə.Əylislinin adının hallanması sadəcə, hansısa qrupların piar kampaniyasının olduğunu açıq-aydın görmək mümkündür. Bütün bunlar müəyyən qrupların Ə.Əylisliyə və onun anti-Azərbaycan xarakterli yazdığı yazısına olan «xidmətdir». Əslində, Ə.Əylislinin özü də başa düşür ki, yazdığı cızmaqara «Nobel»lik deyil. Biz hələ əvvəlcədən də demişdik ki, Ə.Əylisli bu cızmaqaranı yazmaqla hansısa mükafat almaq iddiasındadır. Şöhrətpərəst adamlar bu xəstəlikdən uzaqlaşa bilmir. O da bu tip insan olduğundan belə yazı yazıb. Ə. Əylisini yaxşı tanıyanlar onun bu xasiyyətinə bələddir”.
M.Qurbanlı hesab edir ki, bu məsələyə ciddi yanaşmaq lazım deyil. “Çünki, bir neçə nəfər sadəcə, Ə.Əylislinin namizədliyi üçün müraciət edib. İndi də bundan istifadə edib kimlərsə, hansısa kampaniya aparırsa, bunun heç bir mənası və əhəmiyyəti yoxdur”.
Anar RÜSTƏMOV
Teqlər: