“Yoxsulluğun səviyyəsi 7 dəfə azalıb” – Baş nazir

  14 Mart 2014    Oxunub : 407
“Yoxsulluğun səviyyəsi 7 dəfə azalıb” – Baş nazir
“Azərbaycanın ardıcıl islahatlara və sosial yönümlü proqramlara əsaslanan dinamik sosial-iqtisadi tərəqqisi hesabat ilində də uğurla davam etdirilib. Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafının başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir”.

AzVision.az xəbər verir ki, bunu Baş nazir Artur Rasizadə parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatını təqdim edərkən səsləndirib.

Baş nazirin sözlərinə görə, son 10 ildə iqtisadiyyatda əldə olunan yüksək nəticələr əldə olunub: “Belə ki, bu dövrdə ÜDM-in həcmi 3, 2 dəfə, sənayə məhsullarının istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 dəfə, investisiya qoyuluşu 5,2 dəfə, o cümldən qeyri-neft sektoruna 15, 3 dəfə, kredit qoyuluşları 23 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, minimum əmək haqqı 11, 7 dəfə, pensiyaların orta məbləği 7,2 dəfə, banklardakı əmanətlər isə 25,4 dəfə artıb”.

Baş nazir bildirib ki, yoxsulluğun səviyyəsi 7,4 dəfə azalıb və 1 milyon 200 min yeni iş yeri açılıb: “Həmin müddətdə dövlət büdcəsinin xərcləri 15,5 dəfə yüksəlib, o cümlədən artım sosial yönümlü xərclərdə 7, 2 dəfə, səhiyyədə 11,2 dəfə, təhsildə 6,1 dəfə, mədəniyyət və idman sahələrində isə 8,8 dəfə təşkil edib”.

A.Rasizadə həmçinin qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də sosial-iqtisadi islahatların dərinləşdirilməsinə xüsusi diqqət yetirilib: “Bu istiqamətdə atılan ən önəmli addımlardan biri dövlət başçısı İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN Xidmət” ətrafında qurulan fəailiyyətin gücləndirilməsi olub. Nəticədə dövlət xidmətlərinin keyfiyyəti əsaslı sürətli inkişaf edib. Eyni zamanda bu prosesdə şəffaflıq prinsipi tam şəkildə təmin edilib”.


“Azərbaycanın ardıcıl islahatlara və sosial yönümlü proqramlara əsaslanan dinamik sosial-iqtisadi tərəqqisi hesabat ilində də uğurla davam etdirilib. Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafının başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir”. Bunu Baş nazir Artur Rasizadə parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatını təqdim edərkən səsləndirib.

Baş nazirin sözlərinə görə, son 10 ildə iqtisadiyyatda əldə olunan yüksək nəticələr əldə olunub: “Belə ki, bu dövrdə ÜDM-in həcmi 3, 2 dəfə, sənayə məhsullarının istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 dəfə, investisiya qoyuluşu 5,2 dəfə, o cümldən qeyri-neft sektoruna 15, 3 dəfə, kredit qoyuluşları 23 dəfə, əahlinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, minimum əmək haqqı 11, 7 dəfə, pensiyaların orta məbləği 7,2 dəfə, banklardakı əmanətlər isə 25,4 dəfə artıb”.

O bildirib ki, yoxsulluğun səviyyəsi 7,4 dəfə azalıb və 1 milyon 200 min yeni iş yeri açılıb: “Həmin müddətdə dövlət büdcəsinin xərcləri 15,5 dəfə yüksəlib, o cümlədən artım sosial yönümlü xərclərdə 7, 2 dəfə, səhiyyədə 11,2 dəfə, təhsildə 6,1 dəfə, mədəniyyət və idman sahələrində isə 8,8 dəfə təşkil edib”.

Rasizadə həmçinin qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də sosial-iqtisadi islahatların dərinləşdirilməsinə xüsusi diqqət yetirilib: “Bu istiqamətdə atılan ən önəmli addımlardan biri dövlət başçsıı İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN Xidmət” ətrafında qurulan fəailiyyətin gücləndirilməsi olub. Nəticədə dövlət xidmətlərinin keyfiyyəti əsaslı sürətli inkişaf edib. Eyni zamanda bu prosesdə şəffaflıq prinsipi tam şəkildə təmin edilib”.

A.Radizadənin sözlərinə görə, hesabat ilində ÜDM-in real artımı 5, 8 faiz, qeyri-neft sektorunda isə 10 faiz artım olub:

“Bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 22 milyard manat investisiya cəlb olunub. Ümumi investisiyaların 74,3 faizi qeyri-neft sektorunun payına düşüb: “İllik inflaysiya 2,4 faiz səviyyəsində qeydə alınıb. Əhalinin gəlirləri 8 faiz artıb və onun adam başına düşən hissəsi 4 min manatı keçib, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşüb. Mininmum əmək haqqı pensiyaların baza hissəsi və dövlət təşkilatlarında çalışanların maaşları artırılıb, ümumilikdə ölkə üzrə orta aylıq əmək haqqı 6,2 faiz artırılaraq 423 manata çatdırılıb ”.

“Hesabat dövründə dövlət büdcəsinin xərclərində sosial təminatlı xərclərin xüsusi çəkisi 32,6 faiz təşkil edərək 6,2 milyard manat olub. İlin sonuna 5 milyard ABŞ dolları məbləğinə çatdırılan və ÜDM-in təxminən 70 faizi səviyyəsində olan strateji valyuta ehtiyatları ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən amillərdən birinə çevrilib. Bu dövrdə əhalinin banklardakı əmanətləri 25, 1 faiz artaraq 6 milyard 400 min manatı keçib” – deyə, A. Rasizadə fikirlərinə əlavə edib

Sevinc İltifatqızı

Teqlər: