Sabah hava mülayim olacaq
Gün ərzində yağmursuz keçəcək, lakin səhər yarımadanın bəzi yerlərində az çiskin olacaq. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaq, cənub küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti gözlənilir.
AzVision.az