“Niyə bu problem öz həllini tapmır?” - Deputatdan İRAD
“Sosial sahədə islahat aparmaq digər sahədə islahat aparmaqdan daha çətindir. Çünki, bu daha çox insanların həyatına təsir edir. Mən sevinirəm ki, yeni əmək və əhalinin sosial müdafiəsi naziri bu sahədə yeni islahatlara başlayıb. Orada olan neqativ halları aradan qaldırır. Mən buna çox sevinirəm, çox yaxşı addımdır”.
Daha sonra millət vəkili icbari-tibbi siğortanın əhəmiyyətindən danışıb: “Uzun illərdir ki, bu qanun qəbul edilib, amma işləmir. Bununla bağlı prezidentin sərəncamı da var idi. Mən bilmirəm ki, biz bu qanunuz qəbul etmişik, prezident sərəncam verib, amma niyə bu həyata keçirilmir. Kimə də deyirsən, deyir ki, ağır məsələdir. Başqa məsələlər ağır deyil, bu ağırdır? Yol çəkmək ağır deyil? Gərgin məsələləri həll edirik, amma bunu yox? Hətta bir neçə il prezidenti büdcədən buna vəsait ayırdı. Niyə bu problem öz həllini tapmır? Bunu hökumət həll etməlidir”-deyə, H.Rəcəbli əlavə edib.
Sevinc İltifatqızı