“Azərbaycana qarşı təxribat törədirlər”

“Azərbaycana qarşı təxribat törədirlər”
  14 Mart 2014    Oxunub:1167
“Bəzi xarici qüvvələr Azərbaycanda qeyri-sabitlik yaratmaq məqsədilə təxribat xarakterli cəhdlər göstəriblər”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Mübariz Qurbanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin hesabatına münasibət bildirərkən deyib.

O bildirib ki, belə cəhdlər 2013-cü ildə də olur: “Bəzi xarici qüvvələr Azərbaycanı tutduğu inkişaf yolundan sapdırmaq məqsədilə təxribat xarekterli hərəkətlərə cəhd edilib. Amma onlar bu səylərinə nail ola bilməyib. Azərbaycan öz yoluyla inkişaf yolunu müəyyən edib və bu yolla da gedir”.

M. Qurbanlı Azərbaycanı dünyaya təqdim edilməsinin vacibliyini önə çəkərək bildirib ki, bu sahəyə vəsait ayrımalıdır: “Bu büdcədə xüsusi bəndlə öz əksini tapmalıdır. Bu yola Azərbaycanı bütün sahələrdə dini tolerantlığını, mədəniyyətini, iqtisadiyyatını təbliğ etmək mümkündür. Xaricdən gələn qüvvələr Azərbaycanda teolerantlığı görür. Onlar müxtəlif dini təriqətlərin nümayəndələrinin eyni məsciddə ibadət etdiyini görəndə çox təəccüblənirlər”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti