Səlim Müslümov: “Kadr islahatları davam edəcək”

Səlim Müslümov: “Kadr islahatları davam edəcək”
  14 Mart 2014    Oxunub:960
“Rəhbərlik etdiyim nazirlikdə kadr islahatları bundan sonra da davam edəcək”.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, Sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə bütün müsabiqələrdən keçmiş Səbinə Cəfərova təyin olunacaq:

“Müasir standartlara cavab verən, islahatlara uyğun gələn şəxslər müvafiq vəzifələr tutacaqlar. Cənab prezidentin verdiyi tapşırıqlar həyata keçiriləcək”.

Nazir qeyd edib ki, dünən Fuad Əlizadə dövlət müfəttişi təyin olundu.

S.Müslümovun sözlərinə görə, ünvanlı sosial yardımın verilməsi ilə bağlı banklar arasında tender elan edilib:

“Bu tenderdə bankomat şəbəkəsinə malik olan bütün banklar iştirak edə bilər. Sosial Müdafiəsi Mərləzlərinin rəhbərləri və işçilərinə tapşırıq verilmişdi ki, özlərində olan əhaliyə aid kartları sahiblərinə təhvil versinlər: Bununla bağlı onlara tapşırıq verilmişdi. Amma əhalidən gələn şikayətlər göstərdi ki, hələ də gizlədilən kartlar var. Bunun aradan qaldırlması üçün yeni tenderin keçirilməsi və yeni kartların olmasına ehtiyac var idi”.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti