“İTV-ni AzTV-yə çevirməyə nə ehtiyac var?!”

“İTV-ni AzTV-yə çevirməyə nə ehtiyac var?!”
  14 Mart 2014    Oxunub:1043
“Hər zaman təklif edirəm ki, regionları inkişaf etdirmək üçün sənaye parkları yalnız Bakıda yox, eləcə də regionlarda açılmalıdır. Regionlarda yaradılan sənaye obyektləri müəyyən müddətə vergilərdən azad olunsun ki, insanlar məhz regionlara investisiya yatırmaq üçün maraqlı olsunlar”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında hökumətin illik hesabatının müzakirəsi zamanı çıxışında deyib.

O qeyd edib ki, qeyri-neft sektorunun inkişafı üçün hökumət çox ciddi iddialı layihələr həyata keçirməlidir:

“Bu məqsədlə təklif etmişdim ki, Naxçıvanı minik avtomobilləri istehsal edən mərkəzə çevirə bilərik. Bu gün Çindən gətirilən hissələr hesabına Naxçıvanda avtomobillər yığılır. Biz buna nail ola bilərik ki, avtomobillərin ehtiyat hissələri Naxçıvanın müxtəlif rayonlarında istehsal olunsun. Eyni zamanda Gəncədə də kənd təsərrüfatı və yük avtomobillərinin istehsalı üçün böyük mərkəzə çevrilə bilər. Bu istiqamətdə böyük vəsaitlərin olmasına ehtiyac var”.

Millət vəkili həmçinin İctimai TV-nin son dövrdəki fəaliyyətinə ciddi irad tutulub. O, ölkədə dini maarifləndirmə məsələsinə toxunaraq İctimai Tv-dən narazılığını bildirib:

“Son vaxtlart İctmai TV AzTv-yə çevrilib: “Əvvəllər yenə yaxşı idi. Maraqlı maarifləndirici verilişlər olurdu. Amma son vaxtlar İctimai TV-ni AzTV-nin bir hissisəinə çeviriblər. Buna nə ehtiyac var? İctimai TV-ni AzTV-yə çevirməyə nə ehtiyac var?!”

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti