Yeni telekanala lisenziya verildi

Yeni telekanala lisenziya verildi
  14 Mart 2014    Oxunub:741
Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda “Milli Televiziya və Radio Şurasının 14 yanvar 2014-cü il tarixli qərarı ilə ümumrespublika televiziya yayım kanalının açılması üçün 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək elan edilmiş müsabiqədə iştirak edən Brand in Baku” MMC, “Fatiyev Company” MMC, “Region TV” MMC-nin sənədlərinə baxılıb, müsabiqənin nəticələri müzakirə edilib.

«Region TV» MMC-nin ümumrespublika televiziya yayım kanalının açılması üçün ( Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 6 (altı) il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti