Qənirə Paşayeva “AzəriQaz” rəhbərinə müraciət etdi

Qənirə Paşayeva “AzəriQaz” rəhbərinə müraciət etdi
  14 Mart 2014    Oxunub:1026
Millət vəkili Qənirə Paşayeva “AzəriQaz”ın rəhbərinə müraciət edib.

AzVision.az xəbər verir ki, deputatın müraciəti Tovuz rayonunun kəndlərində olan qazlaşma ilə bağlıdır. Belə ki, deputat qeyd edib ki, “AzəriQaz” kəndlərin bəzi hissəsinə qaz çəkir, digərinə isə yox:
“Kəndlərdə o evləri qaz verilir ki, onlarda qaz xətləri Sovet dövründə də var idi. Amma o vaxtdan bəri kəndlərdə yeni evlər, qəsəbələr salınıb. O evlərə isə qaz verilmir. Vətəndaşlar da şikayətlənir ki, bununla bağlı prezidentin təsdiq etdiyi proqram var. bizə niyə qaz verilmir? Mən burdan “AzəriQaz”ın rəhbərinə müraciət edirəm və xahiş edirəm ki, bu məsələni diqqətə alsın”.

Daha sonra deputat təhsil naziri Mikayıl Cabbarova müraciət edərək bildirib ki, Tovuzda bəzi məktəb və uşaq bağçalarının təmirə, yenidənqurmaya ehtiyacı var: “Tovuz rayonu düşmənlə sərhəddə yerləşən böyük bir rayondur. Buraya diqqət edilsin. Məktəblər, bağçalar yenidən təmir olunsun”-deyə, deputat əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti