Millət vəkili “Azercell”i “vurdu”

Millət vəkili “Azercell”i “vurdu”
  14 Mart 2014    Oxunub:879
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Asəf Hacıyev “Azercell”dən şikayətlənib.
AzVision.az xəbər verir ki, o bildirib ki, “Azercell”lə bağlı ona kifayət qədər şikayətlər edilir:

“Əgər siz internetə qoşulmaq istəyirsiniz və paket seçməmisinizsə, onlar sizdən xəbərsiz telefonunuza müxtəlif datalar yükləyir. Bu da ayda 800-900 manat pul edir”.

Millət vəkili bildirib ki, hökumət bunun qarşısını almalıdır: “Dəfələrlə belə hal yaşanıb, mənim öz başıma da gəlib. Onlardan bu barədə soruşanda deyirlər ki, bizim sistem belə işləyir. Belə olmağını istəmirsinizsə gəlin paket götürün. Mən paket götürmək istəmirəm. Nəyə görə məndən icazəsiz telefonuma nə istəyirsiniz edirsiniz”.


Teqlər:  





Xəbər lenti