Sahib Alıyev: `Onu yazanlar peşəkar deyillər`

Sahib Alıyev: `Onu yazanlar peşəkar deyillər`
  14 Mart 2014    Oxunub:1417
Bu gün bir sıra saytlarda millət vəkili Sahib Alıyevin parlamentin iclasında niyə Azərbaycanda kabab çəkmək üçün şişin istehsal edilmədiyi məsələsini qaldırdığı yazılıb.
Amma deputat AzVision.az-a açıqlamasında bildirib ki, onun fikirləri tamamilə təhrif olunub.

- Sizin adınızdan yayılan fikirlər kontekstdənmi çıxarılıb, yoxsa?..

- Adlarını çəkmək istəmədiyim bəzi saytların yaydıqları fikirlər, ümumiyyətlə, mənim sözlərim deyil. Çünki burada söhbət təkcə konteksdən çıxarılmadan getmir, sözlərimi fərqli şəkildə çatdırmadan gedir.

Düzdür, bu gün Milli Məclisdə mən şiş məsələsindən danışmışam. Demişəm ki, məndən öncə həmkarlarım öz çıxışlarında orta və kiçik biznecin problemlərinə toxundular. Biznes isə sadəcə ticarət deyi, həm də istehsaldır. Televiziyalardan birində bir türkiyəli “Siz azərbaycanlılar kababı bizdən də çox sevirsiniz, amma onun bişirilməsi üçün şişi özünüz istehsal etmirsiniz”,- deyirdi. Bəli, təssüf ki, bu, belədir və belə məsələlərin həllini tapması, kiçik və orta biznesin inkişafı, ümumiyətlə istehsal mədəniyyətinin artması üçün texniki peşə təhsili yenidən qurulmalıdır və görünən budur ki, artıq bu yöndə addımlar atılmaqdadır...

Söylədiyim fikirlərə deputatların gülməsinə gəldikdə isə, sizin saytın da əməkdaşı orada idi, soruşun görün, belə bir şey olubmu?

- Onda dedikləriniz nədən bu şəkildə verilib?

- Bilirsiniz, mənə qəribə gələn budur ki, 10 dəqiqqəlik çıxışımda, ötən il təkcə iqtisadiyyatda deyil, hətta bizə irad tutulan insan haqları və demokratiya sahəsində belə, Azərbaycanda vəziyyətin bir çox Qərb ölkələrindən daha müsbət yöndə dəyişməsi haqda gətirilən arqumentləri və bir çox başqa məsələləri qoyub, adımdan bu cür qeyri-ciddi təsir bağışlayan fikirlər yayırlar. Burada qərəz varmı-yoxmu, belə informasiyalar yayanlar bunu daha yaxşı bilərlər. Amma peşəkarlıq yoxdur - bu, birmənalıdır. Qərəzə gəldikdə isə, əgər kimsə bunu məqsədli şəkildə edibsə, ona da təşəkkürümü bildirirəm. Çünki yəqin, belədə mənim etdiyim çıxışa maraq göstərənlərin sayı artacaq və maraqlananlar da onunla tanış olduqdan sonra əsl həqiqəti biləcəklər.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:  





Xəbər lenti