ATV-dən “Ümid var”la bağlı yeni AÇIQLAMA

ATV-dən “Ümid var”la bağlı yeni AÇIQLAMA
  15 Mart 2014    Oxunub:937
Ötən gün yayımı dayandırılan “Ümid var” verilişinin layihə rəhbəri Nəmənd Rüstəmov verilişin bağlanmağına münasibət bildirib.
AzVision.az xəbər verir ki, o, bu barədə Facebook statusunda yazaraq verilişin bağlanmağını telekanal üçün ağır itki kimi qiymətləndirib:

“Dünən ATV-rəhbərliyinin şəxsən Vüqar Qaradağlının təşəbbüsü ilə ölkə teleməkanının gündəlik yayımlanan verilişlər arasında şəriksiz lideri -"Ümid var" layihəsi teletamaşaçılarla sağollaşdı. Bu şirkət rəhbərinin reytinq uğrunda savaşda qızğın beyinlə verilən qərarlar nəticəsində milli kimliyimizə xələl verə biləcək addımların qarşısını əngəlləmk üçün idi. Şirkət üçün ciddi itki oldu. Ən böyük izləyici kütləsi olan layihənin reytinqi və o reytinqin gətirdiyi qazanca "yox" deməsi idi bu addım....TV-də çalışmaq komanda ruhuna tabe olmaq deməkdir. Komandanın başçısı "bəsdir" dedi, biz də sadiq əsgərlər kimi dayandıq. Amma maraqlı cəhət nə idi...Dünən rus şovinisti Vladimir Jirinovski "Qarabağ Rusiyaya birləşsin! " dedi...Əslində elə-də qeyri-ciddi məsələ deyildi. Amma qəribədir ki, bu sosial şəbəkələrdə, saytalarda əsas xəbər ola bilmədi. ..Hökumət parlamentdə hesabat verirdi...Nədənsə bu da baş xəbər kimi manşetlərdə çox qala bilmədi. Dünənin hadisəsi nədənsə "Ümid var" verilişinin bağlanması idi...Bilmirəm buna sevinim, ya kədərlənim...Və demək istəyirik: dostlar heç kədərlənməsin. Bizi özünə düşmən sayanlar da əbəs yerə sevinməsin. Biz tezliklə qayıdacağıq. Öz yerimizə. Reytinq sıralamasındakı lider mövqeyimizə. daha faydalı olmaq, insanlarımızın yanında olmaq üçün....Görüşəcəyik”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti