Qəzaya düşən Xalq artisti ilə bağlı AÇIQLAMA

Qəzaya düşən Xalq artisti ilə bağlı AÇIQLAMA
  15 Mart 2014    Oxunub:919
Daxili İşlər Nazirliyi mahir tar ifaçısı Ağasəlim Abdullayevin ailəsinin düşdüyü qəza ilə bağlı rəsmi məlumat yayıb.
AzVision.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki, bu gün saat 01 radələrində Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı və Xalid Mədətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölmüş, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti