Mikayıl Cabbarov: `Tələbələrə təsir minimuma endirilib`

Mikayıl Cabbarov: `Tələbələrə təsir minimuma endirilib`
  15 Mart 2014    Oxunub:824
`İndi Boloniya sisteminə keçid tələbələrə imkan verir ki, təhsil planını və müddətini özü planlaşdırsın. Tələbələrə təsir imkanları minimuma endirilib. Artıq tələbənin ali məktəbdən xaric olunması kimi hallar aradan qaldırılır`
AzVision.az xəbər verir ki, bu sözləri təhsil naziri Mikayıl Cabbarov təhsil uğurları ilə seçilən tələbələrlə görüşündə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, akademik müvəffəqiyyətsizlik olduğu təqdirdə tələbəyə bir daha həmin proqramı mənimsəməsi üçün şans verilir: "Biz artıq qadağalardan deyil, yeni imkanlardan və mütərəqqi düşüncəyə əsaslanan tədris mühitinin üstünlüklərindən danışmalıyıq".

M.Cabbarov bildirib ki, müasir dövrdə yüksək ixtisaslı kadr hazırlığı məsələsi aktual olaraq qalır.

Görüşdə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində ali təhsilin üzərinə düşən öhdəliklər, tələbə və müəllim əməkdaşlığı, universitetlərin elm-təhsil-innovasiya üçbucağı kimi dərk olunması, tələbə elmi cəmiyyətlərinin rolunun artırılması kimi məsələlər müzakirə olunub.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti