600-dən çox şəxs yeni işlə təmin olunub

600-dən çox şəxs yeni işlə təmin olunub
  15 Mart 2014    Oxunub:914
Əmək birjaları 600 nəfərdən çox şəxsi müvəqqəti işlərə göndərib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları cari ilin yanvar-fevral aylarında 620 nəfərdən çox şəxsi müvəqqəti xarakterli iş yerləri ilə təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həmin vətəndaşlardan 373 nəfərini qadınlar, 245 nəfərini gənclər təşkil edib.

Qeyd edək ki, Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir. Bu məqsədlə əhalidən və ayrı-ayrı iş adamlarından müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunaraq belə işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.


Teqlər:





Xəbər lenti