Deputatlar Buxarestə gedir

Deputatlar Buxarestə gedir
  16 Mart 2014    Oxunub:945
Milli Məclisin deputatları Buxarestə səfər edəcəklər.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları - Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev və üzvü Musa Quliyev martın 16-da Buxarestə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, səfər çərçivəsində deputatlar Rumıniya parlamentinin fəaliyyəti ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qanunverici orqanlar arasında əməkdaşlığın genişləndirilməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, digər maraq doğuran məsələlər müzakirə olunacaq.

Səfər martın 19-da başa çatacaq.


Teqlər:





Xəbər lenti