Milli Şura "Yeni Müsavat"dan şikayətləndi

Milli Şura "Yeni Müsavat"dan şikayətləndi
  16 Mart 2014    Oxunub:859
Milli Şura “Yeni Müsavat” qəzetində bu qurum haqqında dərc olunan yazılarla bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, həmin yazıların həqiqətə uyğun olmadığı vurğulanır: “Yeni Musavat” qəzetinin 15 mart 2014- cü il tarixli 67 (5776) saylı buraxılışında Milli Şura haqqında “Milli Şuranın fəaliyyəti iflic olub” adlı həqiqətə uyğun olmayan növbəti yazı dərc olunub. Yazıda “AXCP-nin qərargahının əlindən alınıb sökülməsi bu partiya ilə yanaşı, Milli Şuranın da faktiki olaraq qərargahsız qalmasına səbəb olub. Bu isə artıq Milli Şuranın fəaliyyətinə öz təsirini göstərməkdədir. Məlumatlara görə, qurumun rəhbər orqanı olan Koordinasiya Şurasının toplantıları yer olmaması səbəbindən keçirilmir. Milli Şuranın sessiyasının da keçirilməsi üçün yer yoxdur” kimi dezinformasiya xarakterli fikirlər yer alıb. Milli Şuranın Mətbuat Xidməti bildirir ki, “Yeni Musavat” qəzetində dərc olunan bu yazı reallıqdan uzaq olmaqla quruma qarşı növbəti təxribat cəhdidir. Milli Şura haqqında cəmiyyətdə mənfi rəy yaratmağa xidmət edən növbəti ugursuz addımdır”.

Məlumatda vurğulanır ki, yaxın günlərdə Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında qurumun növbəti sessiyası keçiriləcək.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti