Kəmaləddin Heydərov İranda danışıqlar aparıb
Kəmaləddin Heydərov Prezident İlham Əliyevin 2014-cü ili “Sənaye ili” elan etməsi haqqında məlumat verərək bildirib ki, Azərbaycan qonşu ölkələr, o cümlədən İranla sənaye və ticarət əlaqələrinin inkişafında maraqlıdır. Eyni zamanda, Azərbaycan hökuməti İrana ixracın artırılması üçün gömrük rüsumlarının azaldılması və digər məsələlərin müzakirəsini həyata keçirə bilər.
Masud Karbasian da Azərbaycanla gömrük sahəsində əməkdaşlığı genişləndirməyə və qaydaların sadələşdirilməsini müzakirə etməyə hazır olduqlarını deyib.
Tərəflər sənaye və ticarət sahələrində daha fəal əməkdaşlıq etmək üçün azad ticarət və sənaye zonalarından istifadənin səmərəliliyini artırmağın zəruriliyini vurğulamışlar.
Mehdi Karbasian da öz növbəsində azərbaycanlı iş adamlarının İranın mədən sənayesinə sərmayə qoyması üçün şəraitin olduğunu söyləmiş, eyni zamanda İranın müvafiq qurumunun Azərbaycanın bu sektorunda həyata keçirilən layihələrdə iştirak etmək istədiyini bildirib.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşdə iştirak edib.
Nazir K.Heydərovun İrana səfəri davam edir.
AzərTAc