Millət vəkilləri cəbhə bölgəsində əsgərlərlə birgə - VIDEO

Millət vəkilləri cəbhə bölgəsində əsgərlərlə birgə - VIDEO
  16 Mart 2014    Oxunub:1233
Vətənin keşiyində duran əsgərlərimizlə bayram ərəfəsində görüşlər davam etdirilir. AzVision.az Turkel TV-yə istinadən xəbər verir ki, Nəsimi və Nizami rayonlarının İcra hakimiyyətlərinin, həmçinin Yeni Azərbaycan Partiyasının rayon şöbələrinin təşəbbüsü ilə növbəti belə ğörüş Naftalanda yerləşən hərbi hissənin əsgərləri ilə keçirilib.

Düşmənlə sərhəd bölgəsinə yaxın ərazidə yerləşən N sayı hərbi hissənin əsgərləri ilə görüşə millət vəkilləri Məlahət Həsənova və Sədaqət Vəliyeva da qatılıb. Görüşdə Azərbaycan Ordusunun hər bir əsgərinin öz müqəddəs borcunu yerinə yetirmək, Vətənimizin torpaqlarının xəyanətkar erməni işğalından azad olunması üçün həlledici döyüşə atılmağa hər an hazır olduğu bildirilib. Daha sonra qonaqlar əsgərlərimizə onların gündəlik həyatlarında lazım olan əşyalar və bayram şirniyyatlarından ibarət hədiyyələr təqdim ediblər. Musiqiçilər də əsgərlərimizi şən mahnılarla salamlayıblar. Əsgərlər və qonaqlar bayram ovqatı ilə rəqsə qoşulublar.




Teqlər:



Xəbər lenti