TQDK-dan dünənki imtahanla bağlı AÇIQLAMA

TQDK-dan dünənki imtahanla bağlı AÇIQLAMA
  17 Mart 2014    Oxunub:896
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 16 mart 2014-cü il tarixində Respublikanın bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirib.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, imtahanlar Respublikanın 23 şəhər və rayonunda (Bakı, Gəncə, Sumqayıt, Abşeron, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunub.

İmtahanlar bütün mərkəzlərdə eyni vaxtda-saat 12:00-da başlayıb və 2 saat davam edib. İmtahanların idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, bütün imtahan mərkəzlərində imtahan təlimata uyğun aparılıb.

İmtahan materialları gün ərzində Komissiyaya təhvil verilib.
Nəzərinizə çatdırırıq ki, martın 17-dən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti