Meriyadan Müsavata cavab gəldi

Meriyadan Müsavata cavab gəldi
  17 Mart 2014    Oxunub:988
“Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə nə vaxt cavab veriləcəyi məlum deyil”.
Bunu AzVision.az-a açıqlamasında İcra Hakimiyyətinin İctimai-siyasi Təşkilatlar və Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanov deyib.

O vurğulayıb ki, müraciət adı çəkilən şöbəyə daxil olub, lakin nə vaxt veriləcəyi məlum deyil. Z.Ramazanov müraciətin hazırda baxıldığını bildirib.

Xatırladaq ki, Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinə fevralın 11-i müraciət edib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti