Tağı Əhmədovun kadrları işdən çıxarılır

Tağı Əhmədovun kadrları işdən çıxarılır
  17 Mart 2014    Oxunub:1093
Yaxın günlərdə “Bakı Metropoliteni” Qapalı Səmhdar Cəmiyyətində ciddi kadr dəyişiklikləri həyata keçiriləcək.

Bu barədə AzVision.az-a daxil olan məlumata görə, yeni Metropoliten rəisi Zaur Hüseynovun vaxtilə Tağı Əhmədovun vəzifə verdiyi yüksək postlu bir neçə məmuru tutduğu vəzifədən azad edəcəyi gözlənilir.
İşdən çıxarılacaq şəxslərin adları hələlik açıqlanmasa da onların kifayət qədər yüksək vəzifə tutduğu qeyd edilir.

Z.Hüseynovun bu addımı atmasının həmin şəxslərin fəaliyyətləri dövründə yol verdikləri ciddi nöqsanlarla bağlı olduğu bildirilir.

Mənbənin bildirdiyinə görə, yeni təyinatlar nisbətən gənc kadrlar olacaq.

QSC-nin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tarıverdiyevanın dəyişdiriləcəyi də yer alan xəbərlər arasındadır.

Qeyd edək ki, vəzifəyə gəlişi ilə metro keçidlərinə ticarət obyeklərinin fəaliyyətini qadağan edən Z.Hüseynov mətbuata ilk açıqlamasında da struktur dəyişikliyinin olacağını gizlətməyib. O fəaliyyəti dövründə yaxşıya doğru dəyişikliklərin olacağını bildirib.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti