Fuad Ələsgərov: `Yalanların qarşısını almaq lazımdır`

Fuad Ələsgərov: `Yalanların qarşısını almaq lazımdır`
  17 Mart 2014    Oxunub:1304
İndiyə qədər "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational" kimi təşkilatlar Azərbaycana qarşı ikili standartlardan istifadə ediblər, yalan məlumatlar əsasında hesabatlar hazırlayıblar.

Bu sözləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının ilk iclasında komissiyanın proqramına münasibət bildirərkən deyib.

F.Ələsgərov qeyd edib ki, "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational" kimi təşkilatlarla əməkdaşlıq yox, bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır: "Hesab etmirəm ki, bu təşkilatlarla əməkdaşlıq uğurlu ola bilər. Zənnimcə, biz mövqeyimizi dəyişməliyik".

O, eyni zamanda, YAP-ın beynəlxalq əməkdaşlıq çoğrafiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb. PA rəsmisi bildirib ki, əməkdaşlıq coğrafiyasına nəinki Cənubi Amerika ölkələrini, eləcə də bütün Amerika ölkələrini daxil etmək lazımdır: "Avropa ölkələrinə gəldikdə, biz burada yanaşmanı iki istiqamətdə qurmalıyıq - Qərb ölkələri və Şərq ölkələri. Mərkəzi Asiya ölkələrinə gəldikdə isə Orta Asiya ilə də əlaqələri genişləndirmək lazımdır".

Qeyd edək ki, YAP Beynəlxalq əlaqələr komissiyasının proqramında insan hüquqlarının müdafiəsi ilə məşğul olan "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational" kimi beynəlxalq qeyri-hökumət təşkilatları, həmçinin Avropada, Mərkəzi və Şərqi Asiyada bu sahədə fəaliyyət göstərən digər QHT-lərlə əməkdaşlıq edilməsi qeyd olunub. / Trend


Teqlər:  





Xəbər lenti