Ermənilər Suriyada azərbaycanlılara qarşı - VİDEO

Ermənilər Suriyada azərbaycanlılara qarşı - VİDEO
  17 Mart 2014    Oxunub:1083
Bu gün bütün Qərb mətbuatı “Youtube” sosial şəbəkəsində ermənilərlə bağlı yerləşdirilən videomateriala diqqət yönəldib.

AzVision.az-ın məlumatına görə, videoda ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən “Armenian Power” (Erməni gücü) qruplaşmasının 2 üzvü Suriyada Bəşər Əsəd tərəfində vuruşduqlarını bildirirlər.

Amerikanın “CNN” telekanalının məlumatına görə, videodakı silahlı şəxslər Suriyada doğulan ermənilərdir. Bir müddət Amerikada yaşasalar da, sonradan qanun pozuntularına görə, oradan qovulublar. Videonun ortaya çıxmasında “Yaxın Şərqin Monitorinqi” ictimai təşkilatının böyük rolu olub. Kaliforniyanın Qlendeyl şəhər polisinin məlumatına görə, kadrlardakı kişilərdən biri Nerses Kilicyan əvvəllər plastik kartlardan şəxsi məlumatların oğurlanması ilə məşğul olduqları üçün mühakimə olunublar.
Digər silahlı Sado Madaryanın da analoji cinayətlərdə əli olduğu və Kaliforniyadakı erməni mafiyasının fəal üzvü olduğu ehtimal olunur. ABŞ xüsusi xidmət orqanları videomaterialla maraqlandıqlarını və araşdırma apardıqlarını bildirb.

Kadrlardan da göründüyü kimi, ermənilər Əsəd tərəfindən çıxış edərək müxaliflərə qarşı vuruşurlar. Nəzərə alaq ki, müxaliflər tərəfindən vuruşanlar arasında azərbaycanllar da var.



Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti