Heydər Əsədov 2 şöbə müdirini işdən çıxardı

Heydər Əsədov 2 şöbə müdirini işdən çıxardı
  18 Mart 2014    Oxunub:1143
Kənd Təsərrüfatı Nazirliyinin iki şöbə müdiri işdən çıxarılıb.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli əmri ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti