Nazirlik işçilərini belə yola saldı - FOTO

Nazirlik işçilərini belə yola saldı - FOTO
  18 Mart 2014    Oxunub:981
Kənd təsərrüfati naziri Heydər Əsədovun əmri ilə Nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bununla əlaqədar Nazirlikdə hər iki şöbə müdiri ilə görüş keçirilib, onların fəaliyyətləri yüksək qiymətləndirilərək, bir aylıq əmək haqqı məbləğində mükafatlandırılımaqla yanaşı gül dəstələri təqdim olunub.


Teqlər:





Xəbər lenti