Prezident əfqan naziri qəbul etdi
Xarici işlər naziri Zarar Ahmad Osmani Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzainin salamlarını dövlətimizin başçısına çatdırdı. O bildirdi ki, ölkəsinin Prezidenti Azərbaycan ilə uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnundur.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, ticarət, sərmayə qoyuluşu və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Həmid Kərzainin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanıstan İslam Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.