Nazirlik qanunu pozanları 55 min cərimələdi
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 143 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 48 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 36 iş üzrə 228850 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 8178.58 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 293 iş üzrə 55513.12 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 13, icra qurumlarına 17, məhkəmələrə isə 2 iş göndərilib.
Teqlər: