Azad Rəhimov bayramı ABŞ-da keçirəcək

Azad Rəhimov bayramı ABŞ-da keçirəcək
  19 Mart 2014    Oxunub:1069
Gənclər sahəsi üzrə qarşılıqlı əməkdaşlıq Amerika Birləşmiş Ştatlarında müzakirə ediləcək.
Sabahdan etibarən Gənclər və İdman naziri Azad Rəhimovun ABŞ-a rəsmi səfəri başlayır.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, səfərin əsas məqsədi bu ilin 28-30 oktyabr tarixlərində Bakıda Gənclər və İdman nazirliyi, BMT Baş katibinin Gənclər üzrə Elçisi, UNESCO, Avropa Şurası, BMT-nin İctimaiyyətlə Əlaqələr şöbəsi ilə birlikdə keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumuna ikinci hazırlıq toplantısında iştirak etməkdir. Səfər çərçivəsində nazir A.Rəhimovun Qlobal Forumun Bakıda keçirilməsinə dəstək göstərən və özünün 5 illik prioritetlərində gənclərlə işi xüsusi vurğulayan BMT-nin Baş katibi Ban Ki-Muna rəsmi dəvət məktubunu təqdim etməsi də nəzərdə tutulub.
24-26 mart tarixlərində Azad Rəhimovun BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi tərəfindən ABŞ-ın aparıcı universitetlərindən biri olan Kolumbiya Universitetində "Gənclərin qeyri-bərabərliyi və marqinallaşmasının daha yaxşı anlamına doğru" mövzusunda təşkil edilmiş Konfransda çıxışı da nəzərdə tutulub.
Eyni zamanda səfər zamanı nazirin BMT-nin İnkişaf Proqramının Administrasiyası rəhbəri xanım Helen Klark, BMT Baş katibinin Məlumat və İctimai əlaqələr üzrə nümayəndəsi cənab Piter Launski-Tiffental və digər şəxslərlə rəsmi görüşlər keçirəcəyi planlaşdırılıb.

BMT Baş katibinin Gənclər üzrə Elçisi cənab Əhməd Əlhəndəvi ilə görüş zamanı Azərbaycan respublikası Gənclər və İdman nazirliyi və BMT-nin Azərbaycan Respublikasinin Gənclər və İdman Nazirliyi ilə BMT Baş katibinin Gənclər üzrə Elçisinin ofisi arasında Anlaşma Memorandumunun imzalanacağı nəzərdə tutulub.


Teqlər:





Xəbər lenti