Zakir Həsənov tabeliyində olanları təbrik etdi

Zakir Həsənov tabeliyində olanları təbrik etdi
  20 Mart 2014    Oxunub:877
Zakir Həsənov: İnanıram ki, bundan sonra da hər biriniz işğal altında olan torpaqlarımızı azad etməyə hər an hazır olacaqsınız.

Novruz bayramı münasibətilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətə təbrik edib.

AzVision.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Z.Həsənov təbrikdə deyib ki, müstəqil respublikamız bu gün inkişaf və tərəqqi yolu ilə inamla irəliləyir. Adət-ənənələri zəngin olan xalqımızın baharın gəlişini, təbiətin oyanışını, tarixi çox qədim Novruz bayramını sevinclə, həvəslə və böyük ruh yüksəkliyi ilə təntənəli şəkildə qeyd etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu siyasət nəticəsində mümkün olub:

"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar! Sizi xalqımızın əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, bundan sonra da hər biriniz Hərbi Anda, nizamnamələrə sadiq qalaraq əsgəri borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, işğal altında olan torpaqlarımızı azad etməyə, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməyə hər an hazır olacaqsınız.

Sizə mökhəm cansağlığı, uzun ömür və xidmətinizdə uğurlar arzulayıram".


Teqlər:





Xəbər lenti