Pan Gi Mun Azərbaycana dəvət olundu

Pan Gi Mun Azərbaycana dəvət olundu
  22 Mart 2014    Oxunub:831
AzVision.az xəbər verir ki, ABŞ-da rəsmi səfərdə olan Azərbaycan gənclər və idman naziri Azad Rəhimov BMT-nin baş katibinin müavini Yan Eliasson ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamabnı 28-30 oktyabr 2014-cü il tarixlərində Bakıda keçiriləcək ilk "Gənclər siyasəti üzrə Qlobal Forumu"na BMT-nin baş katibi Ban Ki-Munun rəsmi dəvətini təqdim edib.

Səfər çərçivəsində nazir eyni zamanda BMT-nin Baş katibinin İctimai Əlaqələr və Məlumat üzrə müavini Piter Launski-Tieffenthalla görüş keçirib, Azərbaycan hökümətinin uğurlu gənclər siyasəti haqda məlumat verərək, bu modelin digər ölkələr üçün örnək ola biləcəyini qeyd edib.



Teqlər:  





Xəbər lenti