BMT-nın sabiq Baş katibi ilə müzakirələr aparılıb

BMT-nın sabiq Baş katibi ilə müzakirələr aparılıb
  22 Mart 2014    Oxunub:840
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulmuş II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi çərcivəsində YUNESKO-da BMT-nın sabiq Baş Katibi Butros Butros Gali ilə geniş fikir mübadiləsi aparılıb.

AzVision.az xəbər verir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, Butros Gali, Azərbaycanın dəstəklədiyi bu təşəbbüsün müxtəlif dinlər, mədəniyyətlərə məxsus olan xalqların konstruktiv dialoq altında toplanmasına böyük dəstək ola bilər: "Xüsusi ilə Aprel ayında Bakıda keçirilməsi planlaşdırılan Foruma bu qədər liderin toplanması hal-hazırda hamımızı narahat edən problemlərin müzakirə olunması üçün çox önəmli platformadır".

Azərbaycana 1994-cü ildə etdiyi səfərini xatırlayaraq, Butros Gali məmnuniyyətlə birdaha gələrək Azərbaycanın inkişafı ilə bağlı eşitdiklərini və Nizmai Gəncəvinin irsinin bərpası üçün görülmüş təşəbbüsləri görməkdən məmnun olacağını bildirib.


Teqlər:





Xəbər lenti