Türkiyənin Baş Qərargah rəisi Bakıya gəlir

Türkiyənin Baş Qərargah rəisi Bakıya gəlir
  24 Mart 2014    Oxunub:889
AzVision.az xəbər verir ki, aprelin 1-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəlin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.

Məlumata görə, bir neçə gün davam edəcək səfər zamanı Türkiyə nümayəndə heyəti prezident İlham Əliyevin qəbulunda olacaq.

Bundan əlavə, türkiyəli qonaqların Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov və digər dövlət rəsmiləri ilə görüşləri planlaşdırılır.

Səfər zamanı hərbi əməkdaşlıqla bağlı müvafiq sənədlərin imzalanması da gözlənilir

Publika.az


Teqlər:





Xəbər lenti